Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinin Qəzzada dinc əhalinin itkiləri ilə bağlı açıqlamalarını pisləyib.
"Rusiya prezidentinin hər yerdə hərbi qarşıdurmaların qurbanları və mülki qurbanları ola biləcəyi barədə xəbərdarlıq etdiyini eşidəndə mən daha çox qəzəblənirəm. Bundan kinli bir açıqlamalar ola bilməz", - deyə Şolz ölkə parlamentindəki çıxışında bildirib.
Putin bundan əvvəl Qəzzada yüzlərlə insanın ölümü ilə nəticələnən xəstəxanada baş verən partlayışı “dəhşətli faciə” və “fəlakət” adlandırıb və münaqişəyə mümkün qədər tez son qoymağa çağırıb.
Ülviyyə Şahin