“Solovyov Live” kanalının baş redaktoru Vladimir Solovyov şərqşünas Yevgeni Satanovskini Rusiya Xarici İşlər Nazirliyi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında söylədiyi təhqiramiz ifadələrə görə işdən çıxarıb.
Ednews xəbər verir ki, bu barədə Solovyov özünün Teleqram kanalında yayımladığı videomüraciətində məlumat verib.
Qeyd edək ki, bu yaxınlarda internetdə yayılan videoda Satanovskinin Zaxarovanın "həqiqətən də yəhudiləri sevmədiyini və İsrailə isə nifrət etdiyini" ifadə etdiyi bildirilir.
Solovyev Satanovskinin sözlərinə görə Rusiya Xarici İşlər Nazirliyi, Boqdanov və Zaxarovadan üzr istəyib: "Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm və Satanovskini kanalımızdaki vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldim".
Qeyd edək ki, Satanovskiy “Solovyov Live”də ekspert qismində çıxış edirdi.