Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq İsveçin yaxın gələcəkdə alyansa qoşulacağına ümid etdiyini deyib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson ilə bu ölkəyə səfəri zamanı keçirdiyi birgə mətbuat konfransında danışan Stoltenberq Stokholmun Türkiyənin Ankaranın terrorçu hesab etdiyi təşkilatlara qarşı səylərini gücləndirmək tələblərinə cavab verərək NATO-ya üzv olmağa tam hazır olduğuna inandığını bildirib.
Bundan əvvəl Stoltenberqin İsveçin noyabrın sonuna kimi NATO-ya üzv olacağına ümid etdiyi bildirib.
Ülviyyə Şahin