Tacikistanda 5,2 bal gücündə zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın episentri Almatı şəhərindən 621 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.