Çin özünün ən gənc astronavt komandasını xüsusi gizli missiya üçün Tyanqonq adlanan kosmik stansiyasına göndərib.
Ednews CNN-ə istinadən bildirir ki, Çin artıq iki onillikdir ki, kosmik əməliyyatlarda olduqca aktiv iştirakçıya çevrilib.
2000-ci illərin əvvəllərindən bəri kosmik missiyalar üçün gənc pilotlar yetişdirən ölkə, Tyanqonq stansiyasında yeni yaradılmış günəş panellərini yerləşdirməyi planlaşdırır.
Qeyd edək ki, dünya ölkələrinin birgə yaratdığı Beynəlxalq Kosmik Stansiyasına alınmayan Çin, sonradan sədəcə özünün istifadə edəcəyi Tyanqonqu yaradıb.
Fərid Axundov