Birləşmiş Ştatların Müdafiə Nazirliyinin (DoD) mətbuat katibi Patrik Rayder bildirib ki, İrana bağlı müxtəlif silahlanmış təşkilatlar kimi təsvir etdiyi qruplar son bir həftə ərzində Vaşinqtonun İraqda yerləşən qoşunlarına ən azı on iki, Suriyada isə ən azı dörd dəfə hücum edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında danışan Rayder, Ebril şəhərində bu cür qrupların ABŞ əsgərlərinə qarşı həyata keçirməyə çalışdığı hücumun uğursuz olduğunu təkid edib. O, həmçinin bildirib ki, son bir neçə gündə bütün zərbə cəhdlərində yalnız bir neçə əsgər yaralanıb.
Rayderin şərhləri İslami Müqavimət adlı qruplaşmanın "Telegram"da ötən gün ABŞ-ın Əl-Əsəd aviabazasına hücumu barədə məlumat yaymasından sonra gəlib.
Ülviyyə Şahin