Misirin sərhədində olan Nuveyba şəhəri rakat atəşinə tutulub.
Ednews Misir mediasına istinadən xəbər verir ki, bunu Misirin təhlükəsizlik mənbəyi açıqlamasında qeyd edib. Məlumatda bildirilir ki, raket şəhərin səhra ərazisinə düşüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Misirin Taba şəhərinin təcili yardım binası və Taba xəstəxanasına raket düşüb, nəticədə 6 nəfər yaralanıb.
Xatırladak ki, 7 oktyabr tarixindən etibarən İsrail ordusu Misirin sərhədini 5 dəfə Bombalayıb.
Loğman Yunis