Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarev güllələnib.
Ednews “ura.ru”ya istinadən xəbər verir ki, bu barədə Tsarevin rəsmi teleqram kanalında məlumat verilib.
Bildirilib ki, o gecə yarısı yaşadığı sanatoriyanın ərazisində yaralanıb.
“Oleq Tsarevə sui-qəsd barədə məlumatı onun yaxınları təsdiqləyir. Gecə yarısı yaşadığı sanatoriyanın ərazisində ona iki dəfə atəş açılıb. Hazırda onun səhhəti barədə məlumat yoxdur.” - Tsarevin rəsmi teleqram kanalında qeyd edilib.