“İran Britaniyadakı fələstinli etirazçılardan sui-istifadə edərək təxribat planlaşdırır”
Ednews “The Times” qəzetinə istinadən xəbər verir ki, Britaniya polisi İran hökumətinin bu ölkədə yaşayan fələstinli tərəfdarların etirazlarından sui-istifadə etdiyi barədə xəbərdarlıq edib.
Qəzetin məlumatına görə, bu gün Londonda fələstinli tərəfdarların etiraz aksiyası zamanı polislər təhlükəsizliyi təmin etməyə hazırlaşarkən, İran agentlərinin bu etirazları qızışdırmaqla iğtişaşlar yaratmağa çalışdıqlarını açıqlayıblar.
“İran hökuməti İsrailin Qəzzaya hücumlarına qarşı Britaniyada öz casuslarını nümayişlərə göndərməklə yanaşı, bununla bağlı yalan məlumatlar yaymaq üçün internet kampaniyasına başlayıb", –deyə qəzet qeyd edib.
Əkbər