ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında İsrail və HƏMAS arasında gərginləşən münaqişəyə diqqət yetirib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, iki diplomat “İsrail-Həmas münaqişəsinin yayılmasının qarşısını almaq, girovların azad edilməsini təmin etmək və humanitar yardımı səfərbər etmək üçün regional liderlərlə əlaqənin zəruriliyini” müzakirə ediblər. Onlar həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin parlamentə üzvlük protokolunu irəli sürməsindən sonra İsveçin NATO-ya qəbulu barədə də danışıblar.
Bu arada ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıb. Onlar “bu gündən başlayaraq Qəzzaya gələn yardımın əhəmiyyətli dərəcədə sürətləndirilməsini və artırılmasını” öhdələrinə götürüblər. Onlar həmçinin fələstinli mülki şəxslərin insan haqlarını və “Qəzzadakı fələstinlilərin Misirə və ya hər hansı başqa ölkəyə köçməməsinin təmin edilməsini”, habelə sülhməramlı səylərə Fələstin dövlətinin yaradılmasını daxil etmək üçün işlərin sürətləndirilməsini müzakirə ediblər.
Ülviyyə Şahin