Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavini Zhang Youxia bildirib ki, Çin Rusiya ilə “strateji əməkdaşlığı və koordinasiyanı” dərinləşdirəcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Zhang bunu Pekində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə keçirilən Syanşan Təhlükəsizlik Forumunun açılışında deyib.
"Biz ABŞ və Çin hərbçiləri arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsipləri əsasında münasibətləri inkişaf etdirməyə hazırıq", - deyə Zhang bildirib. İki ölkə Ukraynada müharibə başlayandan bəri bir neçə dəfə əlaqələri gücləndirmək, o cümlədən birgə hərbi təlimlər keçirmək barədə razılığa gəliblər, baxmayaraq ki, Çin indiyə qədər Rusiyanı silahla təmin etməyib.
Ülviyyə Şahin