Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Aİ-yə üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər əsasən Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə və İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.
H. Fidan Qəzzada münaqişənin regional səviyyəyə çatmasının qarşısının alınmasının zəruri olduğunu diqqətə çatdırıb.