Türkiyə Prezidenti Ərdoğanın Həmas açıqlamaları dünyanın gündəm mövzusuna çevrilib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyənin NATO-dan çıxarılması çağırışları ilə bağlı açıqlama verib.
ABŞ Dövlət Departamenti Türkiyənin “dəyərli” NATO müttəfiqi olduğunu vurğulayaraq, müttəfiqliyi gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın terror təşkilatı olmadığı ilə bağlı açıqlamalarından sonra Türkiyənin NATO-dan çıxarılması çağırışları ilə bağlı sualı belə cavablandırıb.
Ötən həftə Florida ştatından respublikaçı senator Rik Skott prezident Ərdoğanın HƏMAS-ın “terror təşkilatı olmadığını” bəyan etməsindən sonra NATO-nu Türkiyənin üzvlüyünü “ciddi şəkildə nəzərdən keçirməyə” çağırıb.
Müttəfiqliyi gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini deyən Miller, İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə göndərildiyini də xatırladıb.
Xəyal Ramiz