ABŞ Konqresində keçirilən son iclas zamanı insident yaşanıb.
Ednews xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin İsrail-Fələstin münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər etiraza səbəb olub.
Belə ki, bir qrup fəal Blinkenin İsraili dəstəkləyən mövqeyinə etiraz əlaməti olaraq Qəzza zolağında atəşkəsin mütləq tətbiqi tələbi ilə konqres zalına daxil olublar.
Onlar "Bütün divarlar dağıdılmalıdır!"şüarı ilə Qəzzada münaqişənin həllinin atşkəsdə olduğunu bildiriblər.
Dövlət katibi isə bu zaman etirazçılara sükut içində baxmaqla kifayətlənib. Daha sonra polis fəalları iclas zalından kənarlaşdırıb.