Qəzzadakı gərginliyi bəhanə edən ABŞ Şərqi Aralıq dənizində nəhəng donanma yaradıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, iki təyyarə gəmisi də daxil olmaqla 9 Amerika döyüş gəmisi açıq dənizdə görülüb.
HƏMAS- ın həyata keçirdiyi hücumlardan sonra 30 gündür fasiləsiz olaraq davam edən münaqişə İsrailin ən böyük dəstəkçisi olan ABŞ , artan gərginlikdən istifadə edərək Şərqi Aralıq dənizindəki varlığını son illərdə görünməmiş səviyyəyə çatdırıb. Amerika donanması özünün ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford-u və onu müşayiət edən işçi qrupunu İsrailə dəstək olmaq üçün Şərqi Aralıq dənizinə göndərib.
Daha sonra USS Dvayt təyyarədaşıyan gəmisi və USS Mount Vhitney komanda gəmisi də bölgəyə göndərilib. ABŞ-ın göndərdiyi bütün döyüş gəmiləri şənbə günü Antalyanın Kaş rayonu ilə Misirin İsgəndəriyyə şəhəri arasındakı bölgədə açıq dənizdə bir araya gəlib.
Xəyal Ramiz