Dünyanın diqqəti İsrail-Fələstin münaqişəsinə yönəldiyi halda, Rusiya ilə Qərb arasında olan hibrid savaşda olan Ukrayna prezidenti Vladimir Zelenski “diqqətin Ukraynadan dəyişməsindən” şikayətlənib.
Ednews NBC telekanalının nəşrinə istinadən xəbər verir ki, ABŞ və Avropa rəsmilərinin "Rusiya ilə mümkün sülh danışıqları ilə bağlı" Ukrayna hökuməti ilə görüşməyə başladığı iddia edir. Danışıqların Ukraynanın Rusiya ilə razılığa gəlmək üçün nələrdən imtina etməli olacağına dair çox geniş bir çərçivənin olduğu iddia edilib. Xəbərdə dünyanın diqqətinin Qəzzada baş verənlərə yönəldiyi bir vaxtda Qərbin Kiyevə dəstəyinin reaksiya ilə qarşılanacağına dair narahatlıqların olduğu bildirilib.
Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı irəliləyiş hesabatı açıqlanmadan əvvəl səfər etdiyi Kiyevdə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.
Von der Leyen qeyd edib ki, Aİ “lazım olduğu qədər Kiyevin yanında olacaq”. Ukraynanın səylərini dəstəkləmək üçün Aİ Şurasına 50 milyard avro əlavə yardım təklif edəcəyini açıqlayan fon der Leyen, həmçinin Ukraynanın yenidən qurulması üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsini təklif edəcəyini bildirib.
Xəyal Ramiz