ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədə "ABŞ-ın xarici siyasətini tənqid edən nümayişlər və ABŞ bizneslərini boykot çağırışları"nın davam edə biləcəyi ilə bağlı təhlükəsizlik xəbərdarlığı yayıb.
Ednews T24-ə istinadən xəbər verir ki, İsrailin Fələstinə qarşı hücumlarına dəstək verən ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
Səfirliyin bu gün yaydığı yazılı açıqlamada, “ABŞ-da yerləşən fast food restoranları və Türkiyədə filialları olan kafelərdə həyata keçirilən hərəkətlərin iş yerlərinin iş qaydasını pozduğu, həmçinin vandalizm, maddi ziyan və bəzi şəxslərin xəsarət almasına səbəb olduğu bildirilib.
Xəbərdarlıqda, “Hətta dinc xarakter daşıması planlaşdırılan etiraz aksiyaları zamanı da gərginlik arta və zorakılıq hadisələri baş verə bilər” deyilir.
Bəyanatda bildirilib ki, etirazlar səbəbindən polisin mövcudluğu, bağlı yollar və nəqliyyat problemləri arta bilər.
Xəyal Ramiz