ABŞ-ın “Bloomberg” nəşri “Qəzza böhranının həllinin açarı Türkiyədədir” başlığı ilə çıxış edib.
Ednews NTV-yə istinadən xəbər verir ki, nəşr ABŞ prezidenti Baydenin bölgədə həll yolu üçün prezident Ərdoğanı çağırması lazım olduğuna diqqət çəkib.
Xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə iki ölkə arasındakı uzaq mövqenin üzə çıxdığı vurğulanıb.
Təhlildə Ərdoğanın Yaxın Şərq məsələlərində mühüm oyunçu və Qəzzada humanitar böhranın həlli üçün əvəzsiz lider olduğu vurğulanıb.
Dəniz Pənahova