Bildirilib ki, Çinlə suverenlik mübahisəsi olan Tayvan və Böyük Britaniya arasında yüksək texnologiya sahələrində əməkdaşlıq üçün kommersiya tərəfdaşlığı sazişi imzalanıb.
Ednews CNA istinadən xəbər verir ki, "Genişləndirilmiş Ticarət Tərəfdaşlığı" (ETP) adlı müqavilə rəqəmsal ticarət, investisiyalar, bərpa olunan enerji və karbon-neytral texnologiyalar sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Tayvan hökumətinin Ticarət Danışıqları Ofisindən verilən açıqlamada, ikitərəfli ticarət həcminin 2022-ci ildə 6 milyard 640 milyon dollara çatdığı, İngiltərənin adanın dünyada 21-ci, region da isə 3-cü ən böyük ticarət tərəfdaşı olduğu ifadə edildi.
Açıqlamada, Tayvanın yüzdə 63 bazar payı ilə inteqral sxem istehsalında dünya lideri olduğu və yüzdə 22 ilə inteqral sxem dizaynında əhəmiyyətli bir paya sahib olduğu vurğulanıb.
Bəyanatda süni intellektin, əşyaların internetinin, yüksək sürətli rabitənin və kvant tətbiqlərinin yayılması ilə gələcəkdə yüksək texnologiyalı çiplərə ehtiyacın artacağına diqqət çəkilərək, Böyük Britaniya ilə gələcəkdə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.
Xəyal Ramiz