ABŞ dövlət katibinə Rusiya Mərkəzi Bankının müsadirə olunmuş aktivlərindən və Rusiya vətəndaşlarından istifadə etməklə Ukraynaya əlavə yardım göstərmək səlahiyyəti verən qanun layihəsi Nümayəndələr Palatasında təsdiqlənib.
Ednews xəbər verir ki, qanun layihəsinə görə, ABŞ-ın yurisdiksiyasında olan suveren Rusiyanın aktivlərinə həbs qərarının qoyulması barədə qərarı ABŞ prezidenti verə bilər. Bu istiqamətdə qərar qəbul olunarsa, zəbt edilən aktivlər xüsusi yaradılmış “Ukraynaya Dəstək Fondu”na veriləcək. Aktivlər fondda qaldıqca, zəbt edilmiş Rusiyanın aktivlərinin bütün əmlak və gəlir hüquqları lazım gələrsə, ABŞ hökumətinə verilə bilər.
Sputnik-ə danışan Rusiya Federasiya Şurasının Krım senatoru Sergey Tsekov qanun layihəsinin qanuna zidd olduğunu və Moskvanın "ABŞ və müttəfiqlərinin Rusiya ərazisində mövcudluğunu əhatə edən cavab verəcəyini" bildirib. Tsekov həmçinin qeyd edib ki, bu, ABŞ-a sərmayə qoyula bilən və aktivlərin saxlanıla biləcəyi bir ölkə kimi inamı məhv edəcək, kapital və investisiya axını olacaq.
Rusiya prezidenti Vladimir Putin rusların dondurulmuş aktivləri müqabilində Rusiyada əcnəbilərə məxsus bəzi dondurulmuş aktivlərin istifadəsinə icazə verib. Putinin imzaladığı fərmana əsasən, bəzi xarici aktivlərin Rusiyada hərəkəti ilə bağlı əlavə müvəqqəti tədbirlərə uyğun olaraq, xarici investisiyaları dondurulmuş fərdi investorlara üstünlük veriləcək.
Xəyal Ramiz