Oktyabrın 7-dən sonra İngiltərədə keçirilən Fələstin tərəfdarı nümayişlər baş nazir Rişi Sunak və daxili işlər naziri Suella Bravermanı qarşıdurmaya gətirib çıxarıb və Braverman yazdığı məqalədə London polisini “tərəf tutmaqda” ittiham edib.
Ednews xəbər verir ki, Böyük Britaniya daxili işlər naziri Fələstin tərəfdarı nümayişləri "nifrət yürüşləri" kimi qiymətləndirib.
Braverman həmçinin şənbə günü paytaxt Londonda keçirilməsi planlaşdırılan Fələstin tərəfdarı yürüşün qarşısının alınmasını istəyib.
Polisi "ikili standartlar" tətbiq etməkdə günahlandıran Braverman, sağçı qrupların daha əvvəl də yürüşləri qadağan etdiyini xatırladıb və London polisinin Fələstin xalqı ilə həmrəylik yürüşlərinə "lehinə" olduğunu iddia edib.
Xəyal Ramiz