İlk Kiber Müdafiə Konfransı NATO tərəfindən Almaniyanın paytaxtı Berlində təşkil olunub.
Ednews haber7-ə istinadən xəbər verir ki, NATO-nun Berlindəki görüşündə kibertəhlükəsizlik barəsində xüsusi qərarlar verilib.
Bu gün hər hansı bir münaqişənin kiber ölçüsü olmadan düşünülməsinin mümkün olmadığını ifadə edən Stoltenberq, “Kiberhücumlar ən az kinetik hücumlar qədər zərərli və təhlükəli ola bilər.Bu səbəbdən NATO uzun illərdir kibertəhlükələrə çox ciddi yanaşır" - deyə bildirib.
NATO-nun əvvəllər üç hərbi sahədə: hava, dəniz və quruda olduğunu bildirən Stoltenberq, "Daha sonra kiber təhdidlərin nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün kiber sahəni müstəqil hərbi sahə kimi əlavə etdik" dedi. Bir neçə il əvvəl NATO-nun kiberhücumların 5-ci maddəyə səbəb ola biləcəyi ilə bağlı razılığa gəldiyini xatırladan Stoltenberq,Çin və Rusiya da daxil olmaqla avtoritar rejimlərin NATO üzv ölkələrinin maraqlarına, dəyərlərinə və təhlükəsizliyinə meydan oxuduğunu ifadə edən Stoltenberq, “Çin bizim düşmənimiz olmasa da, dəyərlərimizi paylaşmır" - deyə bildirib.
Xəyal Ramiz