Rusiya Müdafiə Nazirliyinin iki xüsusi təyyarəsi Rusiya hökuməti və Moskvadakı Əfqanıstan
Biznes Mərkəzi adından Kabilə 40 tona yaxın humanitar yardım çatdırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Rusiya Heratda baş vermiş son dağıdıcı zəlzələdən zərər çəkmiş dost Əfqanıstan xalqına humanitar yardım göstərməkdə davam edir”.
Qeyd edək ki, Əfqanıstanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.