“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”.
Ednews bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Birinci və İkinci dünya müharibəsinin əsas səbəbi siyasi ambisiyalar idi:
“Üçüncü Dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqəki müharibə birdən-birə başlamadı”.
N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var.