ABŞ Rusiyanın yeni LNG layihəsinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Bu addım Avropa və Asiya ölkələrinin Rusiyadan LNG idxalını çətinləşdirə bilər.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, ABŞ ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etmək qabiliyyətini birbaşa hədəf almağa başlayıb . Vaşinqtonun bu addımı qlobal enerji bazarlarında fasilələrə səbəb ola bilər.
Keçən il Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələri Rusiyaya qarşı böyük iqtisadi sanksiyalar tətbiq etsə də, Moskva LNG idxalını davam etdirdi. Son vaxtlara qədər ABŞ enerji problemləri ilə mübarizə aparan Avropalı müttəfiqlərinə təzyiqi artırmaqdan çəkinirdi.
Lakin noyabrın əvvəlində ABŞ Dövlət Departamenti Rusiyanın Arctic LNG 2 kimi tanınan yeni layihəsinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayib. Rəsmilərin, hüquqşünasların və analitiklərin fikrincə, bu sanksiyalar Avropa və Asiya ölkələrinin gələn il hasilata başlayacaq bu layihədən qaz almasına mane olacaq.
BAZAR NECƏ TƏSİR EDƏCƏK?
Macfarlanes hüquq firmasının sanksiyalar üzrə eksperti Francis Bond, ABŞ-ın layihə operatorunu hədəf alaraq "bütün layihəni zəhərləməyə" çalışdığını söylədi.
Xəyal Ramiz