“Ermənistana Gürcüstan ərazisindən göndərilən texnikalar qarşı tərəfə ağır zərbə endirəcək texnikalar deyil. Bunun üçün düşünmürəm ki, burada hansısa problem yaransın”.
Ednews report.az-a istinadən xəbər verir ki, bu fikri gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya səsləndirib.
“Gürcüstan NATO-ya üzv olmağa çalışdığı üçün Fransa ilə əlaqələri mövcuddur. Ermənistanla da qonşuluq əlaqələri var.
Gürcüstanın öz ərazisindən istifadə etdirərək Ermənistana texnikanın keçidinə icazə verməsi beynəlxalq hüquqlar çərçivəsindədir. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz”-deyə, o bildirib.