Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaranan təhlükəsizlik problemləri üzrə baş katibinin köməkçisi David van Vil bildirib ki, Tokioda daimi nümayəndəlik yaradılarsa, bu, hərbi struktur deyil, kiçik və daha fərqli məqsədlərlə istifadə edilən məntəqələr olacaq.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, Tokio rəsmiləri yeni yaradılan məntəqələrin səfirlik məqsədləri ilə istifadə oluna biləcəyini və sadəcə bir neçə nəfərdən ibarət olacağını açıqlayıb.
Qeyd edək ki, NATO rəsmiləri Küveyt, Gürcüstan, İordaniya və ukraynada kommunikasiya tipli bazalar yaratdığını bildirib.
Fərid Axund