“ABŞ prezidenti Co Bayden hakimiyyətdə olmasaydı bəlkə dünyanın vəziyyəti daha yaxşı olardı”.
Ednews xəbər verir ki, bu sözləri “Holokost Sənayesi” kitabının müəllifi amerikalı mütəfəkkir Norman Finkelstein, Əl-Cəzirə telekanalına verdiyi müsahibə zamanı deyib.
“Bayden, ABŞ xarici işlər naziri Entoni Blinken və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen cinayətkardırlar və onlar yaxın zamanda cəzalandırılmalıdırlar”.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis