Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırıb.
Ednews ntv-yə istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının vəkilləri “X” sosial şəbəkəsində müvafiq bəyanatı yayıblar.
İddiada qeyd edilir ki, Qəzza zolağına davam etdirdiyi zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.
Bundan əvvəl B.Netanyahu İsrail hərbçilərinin ilk növbədə terrorçuları hədəf aldığını bəyan etmişdi.
İstanbul Baş Prokurorluğu, İsrailin hücumları nəticəsində Qəzzada həlak olan və yaralanan uşaqların fotoşəkillərinin yer aldığı ərizəni qəbul edərək Netanyahuya qarşı cinayət elanını Ədliyyə Nazirliyinə göndərib.
Oğuz