Türkiyə də ağrıyan dişi çəkilən 5 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Ednews ntv-yə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində yaşanıb. Dişi ağrıyan 5 yaşlı Dəniz Sönməzi ailəsi həkimə aparıb. Müayinə vaxtı 4 dişinin düzəldiləcəyi, 1 dişinin isə çəkiləcəyi bildirilib.
Bunun üçün anesteziya ilə yatırılan uşağın dişi çəkiləndən sonra halı pisləşib. Uşağın anası təcili həkim çağırılmasını tələb etsə də, həkimlər vəziyyətin düzələcəyini bildiriblər və onları evə göndəriblər.
Uşağın halı evdə daha da pisləşib. Təcili həkimə aparılan uşağın daxili orqanlarının öz həyat funksiyalarını itirdiyi məlum olub. 3 gün reanimasiyada qalan D.Sönməz dünyasını dəyişib.
Oğuz