Avstriya hökuməti Adolf Hitlerin doğulduğu Braunau-am-Inndəki evi polis bölməsinə çevirmək qərarına gəlib.
Ednews "NY Times" qəzetinə istinadən xəbər verir ki, iki yeni bina, insan hüquqları üzrə təlim ofisi və 20 milyon avroya (21,75 milyon dollar) fasaddan ibarət təmir edilmiş bina 2026-cı ilə qədər polis bölməsi kimi istifadə olunacaq.
Qeyd edək ki, bu qərar yerli sakinlər və tarixçilər arasında ziddiyyətli fikirlərə səbəb olub.
Xatırladaq ki, Hitlerin həyatının ilk aylarını keçirdiyi Salzburger Vorstadt 15 ünvanındakı ev uzun müddətdir mübahisə mövzusu olub. 2017-ci ildə bina hökumət tərəfindən sui-istifadənin qarşısını almaq naminə milliləşdirilib.
Əkbər