İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS-ın 3 komandirini öldürüb.
Ednews xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağındakı yerüstü hərbi əməliyyatları davam edir.
İDF rəsmisi hərbi əməliyyatların davam edəcəyini və yeni mərhələdə HƏMAS döyüşçülərinin bütün bazalarının, yeraltı tunellərinin tamamilə məhv ediləcəyini açıqlayıb.