“İsrail müdafiə qüvvələri (İDF) girovlar azad edildikdən sonra da Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatları davam etdirəcək”.
Ednews xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz İsrail radiostansiyasının efirində məlumat veriblər.
“Girovların qayıtması üçün fasilə yaransa belə, biz qayıdıb düşmənə var gücümüzlə zərbə endirəcəyik. Hazırda əməliyyat genişlənir, güclənir və dərinləşir”, - deyə məlumatda qeyd edilib.