İtaliyada sağçı koalisiya hökumətinin qurduğu Qida Suverenliyi Nazirliyinin hazırladığı və laboratoriya mühitində ətin istehsalını və bu məhsulların satışını qadağan edən qanun layihəsi İtaliya parlamentində qəbul edilib.
Ednews hurriyet nəşrinə istinadən xəbər verir ki, qanun çərçivəsində bitkilərdən “steyk” və “salami” kimi adlar altında əldə edilən məhsulların satışı da qadağan edilib.
Heyvan hüceyrəsi və toxuma kulturlarından istifadə edilən qida və yem istehsalı və satışına görə 60 min avroya qədər cərimə nəzərdə tutan qanunun “İtalyan mətbəxi”ni və kənd təsərrüfatı sektorunu qorumaq üçün hazırlandığı bildirilir.
Xəyal Ramiz