Shell Egypt şirkəti Aralıq dənizində Misir sahillərində yeni təbii qaz ehtiyatının tapıldığını açıqlayıb.
Ednews Shell tərəfindən edilən yazılı açıqlamaya istinadən xəbər verir ki,, yeni qoruğun Aralıq dənizində Əmiriyyenin şimal-şərqindəki imtiyazlı bölgədə yerləşdiyi bildirilib.
Konsessiya sahəsində üç quyunun qazılması ilə bağlı həyata keçirilən layihə çərçivəsində birinci quyunun qazılması başa çatıb və ümumi qaz ehtiyatları barədə hələlik məlumat vermək mümkün deyil.
Açıqlamada Shell Misir İdarə Heyətinin sədri Halid Kasım, yeni kəşfi "Shell Misirin yerli bazarda daha çox paya sahib olmaq və müsbət bir bazar yaratmaq məqsədlərinə çatmaq üçün irəliyə atılan mühüm addım" olaraq qiymətləndirib.
Xəyal Ramiz