Ukrayna prezidenti Vladimir Zelenski lökəsinin Rusiya ilə münaqişədə qalib gəlməsinin mümkünlüyünə şübhə etməyə başlayıb.
Ednews xəbər verir ki, bu barədə "Die Welt" saytında paylaşılan məqalədə qeyd edilib.
“Zelenski ölkəsinin yeni şərtlər altında hücumu davam etdirməyə qadir olub-olmamasına şübhə edir”, – nəşr yazır.
Məqalə müəllifinin sözlərinə görə, Ukrayna lideri Ukraynanın qələbəsinə nail olmaq üçün Amerikanın dəstəyinə ehtiyac olduğunu dəfələrlə bəyan edib. Lakin ABŞ Konqresinin Kiyevə əlavə yardım göstərmədən müvəqqəti büdcəni qəbul etməsindən və Avropa İttifaqının gələn ilin martına qədər bir milyon mərmi verə bilməməsindən sonra beynəlxalq müşahidəçilərin diqqəti ukraynalıların imkanlarına yönəlib. Bundan əlavə, Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında açıq fikir ayrılığı vəziyyəti daha da gərginləşdirir.
Kiyevdə vahid mövqenin olmaması Qərbin Ukraynaya olan inamını sarsıda bilər. Məqalə müəllifi yekunlaşdırıb ki, münaqişədən artan yorğunluqla yanaşı, Ukrayna ordusunun qələbə qazanmaq qabiliyyətinə dair şübhələr də Moskva ilə danışıqlara çağıranlar üçün stimul ola bilər.
Əkbər