Türkiyənin paytaxtı Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.
Ednews “TRT”yə istinadən xəbər verir ki, hadisə Sincan rayonu Mustafa Kamal məhəlləsində Papatya küçəsində baş verib.
Eyni binada yaşayan qonşular arasında mübahisə düşüb.
Davaya çevrilən mübahisə zamanı 72 yaşlı T.Ü 5 nəfəri tüfənglə güllələyib.