İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb.
Ednews xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib.
Qeyd edib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha üç alpinistin cəsədi tapılıb.