ABŞ Prezidenti Cozef Bayden HƏMAS hərəkatı ilə İsrail arasında dörd günlük humanitar atəşkəs rejiminin uzadılması ehtimalı barədə açıqlama verib.
Ednews xəbər verir ki, Bayden bu barədə Massaçusets ştatında keçirilən mətbuat konfransında danışıb.
Qeyd edək ki, noyabrın 24-də qüvvəyə minən 4 günlük atəşkəsin ilk günündə HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.