İranda qətlə görə mühakimə olunaraq təqsirli bilinmiş 17 yaşlı oğlan edam edilib.
Ednews xəbər verir ki, bu barədə məlumatlar "Tasnim"agentliyindən yayılıb.
Həmidrza Asarinin noyabrın 24-də edam olunduğunu bildirilib.
Qurum "Tasnim" agentliyinə istinadla bildirir ki, gənc iddia olunan namus qətlinə görə təqsirli bilinib.
İranda bu il edamların kəskin artması beynəlxalq ictimaiyyətin qınağına səbəb olub. Tənqidçilərin dediyinə görə, bir çox hallarda tələsik hökmlər çıxarılır, saxta məhkəmələr keçirilir, məcburi etiraflar alınır.
Əkbər