ABŞ-ın dövlət katibi Antoni Blinken bu həftə Skopyedə keçiriləcək ATƏT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.
Ednews TASS-a istinadən xəbər verir ki, Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen məlumat verib.
O qeyd edib ki, Blinken ABŞ nümayəndə heyətinə başçılıq edəcək: “Dövlət katibi Şimali Makedoniyaya noyabrın 29-da NATO-ya üzv ölkələrin xarici işlər başçılarının Brüssel görüşündən dərhal sonra gedəcək”.