18 ölkə ilk dəfə olaraq süni intellektdən sui-istifadənin qarşısını almaq üçün beynəlxalq müqavilə imzalayıb.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, 20 səhifəlik müqavilədə 18 ölkə şirkətlərin müştəriləri və ictimaiyyəti istismar edəcək şəkildə süni intellekt inkişaf etdirməsinin və istifadəsinin qarşısını almağı əsas prioritet hesab edir. ABŞ və Almaniyadan başqa, 18 ölkəyə Böyük Britaniya, İtaliya, Çexiya, Estoniya, Polşa, Avstraliya, Çili, İsrail, Nigeriya və Sinqapur daxildir. Müqaviləyə daxil olan ölkələr arasında Türkiyə yoxdur.
Konsensusa görə, dizayn mərhələsində ən vacib məqam təhlükəsizliyi nəzərə almaq olacaq. Bununla belə, məcburi olmayan razılaşma əsasən süni intellekt sistemlərindən sui-istifadənin monitorinqi, məlumatların manipulyasiyadan qorunması və proqram təminatçılarının araşdırılması kimi ümumi tövsiyələri ehtiva edir. ABŞ rəsmisi Easterly tərəfindən verilən məlumata görə, bir çox ölkənin süni intellekt sistemlərində təhlükəsizliyin ən vacib məsələ olduğunu dəstəkləməsi vacibdir.
Sözügedən saziş dünyada süni intellektin inkişafı ilə bağlı bir çox ölkələrin hökumətləri tərəfindən hazırlanmış son təşəbbüsdür. Avropa ölkələri süni intellekt tənzimləmələrində ABŞ-dan bir qədər irəlidədir.
Xəyal Ramiz