İzmirdə sosial mediada saxta avtomobil reklamları ilə dələduzluq edən 4 nəfərdən ibarət şəbəkə ələ keçirilib.
Ednews türk mediasına istinadən xəbər verir ki, şübhəlilər bir vətəndaşın 255 min lirəsini aldadıblar.
İzmir Asayiş Şöbə Müdirliyi Fırıldaqlarla Mübarizə Bürosu qrupları, avtomobillərini satmaq istəyən vətəndaşların reklam məlumatlarını sosial media hesablarından köçürərək, sanki daha ucuz qiymətə elanlara yerləşdirərək fırıldaqçılıq etdiyi təsbit edilən 4 nəfəri müəyyən edib.
Şübhəlilər polis bölməsindəki əməliyyatlardan sonra sövq edildikləri hakimlik tərəfindən həbs edilib.
Oğuz