Hindistanın şimalındakı Uttarxand ştatında qismən çökmüş tuneldən bütün işçilər 17 gün sonra xilas edilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, xilas edilənlər ərazidə gözləyən təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Həftənin əvvəlində tunelin qazılmasında istifadə olunan qazma maşınının nasazlığı səbəbindən qazıntı işləri insan gücü ilə davam etdirilib.
Dağıntılarda açılan kiçik bir dəlik sayəsində proses başlayandan işçilərə yemək və su çatdırılmışdı. Noyabrın 12-də baş verən sürüşmə nəticəsində işçilər tunelin girişindən təxminən 200 metr aralıda qalıblar.
“Silkjara tunelində qapalı vəziyyətdə qalan 41 işçi uğurla xilas edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, noyabrın 12-də Hindistanın şimalında tunel qismən çöküb. 17 gün ərzində orada 41 inşaat işçisi olub. Xilasedicilər bütün bu müddət ərzində əlaqə saxlayıb, uçan torpaqda xüsusi boru vasitəsilə işçilərə ərzaq, su və oksigen ötürüblər.
Xilasetmə işləri dağıntıların olması və daha da dağılma riski səbəbindən çətinləşib.
Oğuz