İngiltərədə aparılan qrip testində donuz qripinin A (H1N2) adlı yeni növü aşkar edilib. Bildirilib ki, Şimali Yorkşirdə bir xəstənin tənəffüs yolunda yoluxucu infeksiya əlamətləri olub, xəstəlik yüngül keçib və tam sağalıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Departamenti xəstənin infeksiyaya necə yoluxduğunu öyrənmək və digər əlaqəli halların olub-olmadığını qiymətləndirmək üçün araşdırmaların davam etdiyini bildirib.
Qripə bənzər simptomları olan insanlarla, xüsusən də yaşlı və ya səhhətində problem olan şəxslərlə təmasdan qaçmaq tövsiyə olunub.
Şərqi İngiltərə Universitetinin tibb professoru Paul Hunter, A(H1N2) qripin digər yayılan qrip suşlarından daha ağır xəstəliyə səbəb olmadığını söylədi. Donuz qripinin bu variantına son 20 ildə dünyada 50 halda rast gəlinib.
Oğuz