“2019-cu ildə “Qarabağ Ermənistandır, nöqtə” deyə qışqıran 2022-ci ildə “Qarabağ Azərbaycandır, vəssalam” deməyə başlayıb və xəyanətini başa çatdırıb”.
Ednews erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Tiqran Abramyan Facebook hesabında yazıb.
“Həmin şəxs bir neçə gün əvvəl Qarabağın hələ 2016-cı ildə təslim olduğunu demişdi və bir müddət əvvəl onun bəzi komanda yoldaşları daha da irəli gedərək Ermənistan və Qarabağın 100 il əvvəl təslim edildiyini söyləmişdilər.
Qarabağın təslim olmasında prezident vəzifəsini tutan digər şəxs (Ermənistanın hazırkı prezidenti Vaaqn Xaçaturyan nəzərdə tutulur - red.) daha da irəli gedərək Ermənistanın 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını deyib.
Yeri gəlmişkən, bunlar həmin adamlardır ki, bir neçə il əvvəl tam eyni sifətlə Ağdamın vətən olduğunu qışqırırdılar. Hakimiyyət “Arsaxı” (qondarma quruma qoyulan uydurma ad - red.) “dəfn etdi”, lakin bunu indi başqalarının üstünə yıxmağa çalışır. Buna görə günahkarlar və onların əlaltıları nəsillər boyu cavab verəcəklər”, - deyə Abramyan qeyd edib.