Tesla, SpaceX və sosial media platformasının sahibi İlon Mask antiseminist paylaşımına “Doğru dedin” şərhini yazıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Mask antisemit kimi qəbul edilən tvitinə görə peşman olduğunu bildirib.York Times-ın 2023 DealBook Sammitində məruzəçi kimi iştirak edən Musk, "antisemit" olduğu aşkar edilən yazısı haqqında dedi: "Bu, indiyə qədər etdiyim ən axmaq şeylərdən biridir.
"Bu tvit və ya yazıya görə üzr istəyirəm" – İlon Mask.
Bununla belə, amerikalı milyarder öz yazısına cavab olaraq reklamlarını X platformasından silən şirkətlərə təhqiramiz ifadələr işlədib.
İlon Mask : "Əgər kimsə məni reklam və ya pulla şantaj etmək niyyətindədirsə, lənətə gəlsin. Bu kifayət qədər aydındırmı?" dedi..
Musk həmçinin İsrailə səfərinin sözügedən tvitlərdən əvvəl planlaşdırıldığını və bunun "üzr istəmə turu" olmadığını bildirib.
Mövzu ilə bağlı Ağ Evdən edilən açıqlamada Musk "antisemitizmi təbliğ etmək"də günahlandırılaraq, "Antisemitizm və irqçi nifrətin iyrənc təbliğatını ən şiddətli şəkildə qınayırıq" dedi.
Xəyal Ramiz