HƏMAS-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında azı 61 jurnalist həlak olub.
Ednews xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 7 gün davam edən atəşkəsdən sonra dünəndən etibarən Qəzza zolağında hərbi əməliyyatlara yenidən start verilib.