Meksikada köpək balığının hücumu nəticəsində qadın ölüb.
Ednews TRT Haber-ə istinadən xəbər verir ki, Meksikanın Xalisko əyalətinin Melaque qəsəbəsində qadın 5 yaşlı qızı ilə birlikdə üzürdü. Onlar üzərkən köpəkbalığının hücumuna məruz qalıblar.
baş verən hadisədə qızı ilə sahildən təxminən 25 metr aralıda olan şişmə su parkına tərəf üzərkən köpək balığı 26 yaşlı qadının ayağını dişləyib.
Uşağın yara almadan xilas olduğu, anası isə sürətli müdaxiləyə baxmayaraq qan itkisindən dünyasını dəyişdiyi bildirilib.
Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərə və ətraf çimərliklərə girişi qadağan edib.
Oguz