Sanksiyalara baxmayaraq, Qərblə Rusiya arasında ticarət əlaqələri bir çox sektorlarda səngimək bilmir.
Ednews eurostat nəşrinə istinadən xəbər verir ki, 2022-ci ilin martından sonra ilk dəfə olaraq Rusiya Avropa İttifaqının ən çox taxıl satın aldığı beş ölkə arasında yer alıb.
Keçən sentyabr ayında Aİ-nin Rusiyadan taxıl idxalı 180 min tona yüksəldi.
Beləliklə, Rusiya sentyabrın sonunda Aİ-yə ən çox taxıl ixrac edən dördüncü ölkə oldu.
Bu reytinqdə Ukrayna, Braziliya, Türkiyə və Kanada ilk beşliyə daxil olan digər ölkələrdir.
Xəyal Ramiz